Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə etdilər
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
arasında telefon danışığı olub.
Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Putin və Ərdoğan ikitərəfli
əməkdaşlığın əsas nəticələrinə yekun vurub, Rusiya ilə Türkiyə arasında
qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq
olduqlarını bir daha təsdiqləyiblər.
Söhbət zamanı beynəlxalq mövzulara, o cümlədən Cənubi Qafqazdakı vəziyyətə,
Suriya və Liviya nizamlanmasına da toxunulub.
Liderlər şəxsi təmasları davam etdirmək barədə razılaşıblar.
Mənbə: kremlin.ru