Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ÇıxışYolu.Com-ın Türkiyə mediasına istinadən məlumatına görə, iki ölkənin prezidenti ikitərəfli əlaqələrlə yanaşı, Suriyadakı son vəziyyəti müzakirə edib.
Türkiyə prezidenti Duma və Şərqi Qutada baş verənlərdən narahatlığını ifadə edib.
Telefon söhbətində dinc sakinlərin öldürülməsinin qarşısının alınması və humanitar yardımların çatdırılması sahəsində birgə əməkdaşlığın vacibliyi vurğulanıb.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com