Ərini Rusiyadan geri qaytarmaq üçün qadın körpəsinə iynə sancırmış.
ÇıxışYolu.Com “Ria Novosti”yə istinadla xəbər verir ki, hadisə Tacikistanda qeydə alınıb.
Paytaxt Düşənbə yaxınlığında yerləşən Sarikişti kəndinin 26 yaşlı sakini olan qadın Rusiyada əmək mühacirətindəki 30 yaşlı həyat yoldaşını geri qaytarmaq üçün oğlunun bədəninə 10 dəmir iynə sancıb.
Bir yaşlı Müdəssir Kərimov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Milli Tibb Mərkəzinin həkimləri körpənin bədənində 10 iynə aşkarlayıblar və bildiriblər ki, uşaq müstəqil olaraq onları uda bilməzdi.
Rentgen nəticəsində körpənin başında, burnunda, ayaqlarında, boynunda, döş qəfəsində və digər orqanlarında iynələr aşkarlanıb. Hələlik onlardan ancaq 6-nı xaric etmək mümkün olub.
Digər 4 iynə isə hələ də uşağın bədənindədir.
Həkimlər bildiriblər ki, iynələr ən azı 3 ay əvvəl körpənin bədəninə yeridiliblər.
Qadın barədə cinayət işi qaldırılıb, istintaq gedir.