755e32d2-45d4-46e1-85b7-52a19b5c1474..jpg

Ərinin ölümünü sifariş verən qadın və qətlin icraçıları barəsində verilən qərar AÇIQLANDI

Baxış sayı: 1. 276 dəfə baxılıb.

Ərinin ölümünü sifariş verən qadın və qətlin icraçıları barəsində verilən
qərar AÇIQLANDI

Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova və qətlin
icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev, Elnur
Əliyev məhkəmə qarşısına çıxarılıblar.

APA-nın əldə etdiyi xəbərə görə, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda
müstəntiq təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri
seçilməsinin zəruri olduğunu bildirib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, təqsirləndirilən şəxslər
barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə martın 16-da Sabunçu rayonunda baş verib.

Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı
fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna
məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin
zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə
1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və
1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı
şübhələr müəyyən edilib.

Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanılıb.

Source link