Bəşər Əsəd rejimi Suriyada 30 günlük atəşkəsin tətbiqi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına tabe olacağını bildirib.
ÇıxışYolu.Com-ın Tükiyə mediasına istinadən məlumatına görə, ilk günlər bu qərarı tanımadığını bildirən Suriya rəhbərliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putindən gələn təlimat əsasında atəşkəsə əməl olunacağını bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Suriyanın Şərqi Guta bölgəsində yaşanan insanlıq dramını dayandırmaq üçün Suriyada qarşı duran tərəfləri 30 günlük atəşkəsə dəvət etmiş və bununla bağlı qərar qəbul etmişdi.
Məlumatlara görə, Şərqi Gutada bombardmanlar nəticəsində mindən artıq insan qətlə yetirilib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com