Fransanın Suriyaya endirdiyi zərbələrdən sonra, Bəşər Əsəd keçmiş Fransa prezidenti Jak Şirakın ona 2001-ci ildə təqdim etdiyi Fəxri legion ordenindən imtina edib
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Suriya prezident administrasiyasının “Twitter” hesabında məlumat yayılıb.
Məlumata görə, Napoleonun dövründən bəri fərqlənməyə görə verilən ali orden Parisə ötürülməsi üçün Rumıniyanın Dəməşqdəki səfirliyinə təqdim edilib.
“Ordenin qaytarılması qərarı, Fransanın aprelin 14-də ABŞ və Britaniya ilə birgə Suriyaya hərbi təcavüzünə cavab olaraq qəbul olunub”, – deyə administrasiyanın bəyanatında qeyd olunur.