Əsəd ordusu PKK-ya qarşı əməliyyatlara başlaya bilər

Əsəd ordusu PKK-ya qarşı əməliyyatlara başlaya bilər

Baxış sayı: 2. 518 dəfə baxılıb.

Suriya lideri Bəşər Əsəd Suriyanın şimal-şərqində ABŞ-ın dəstəklədiyi “Suriya demokratik qüvvələri” yaraqlılarının nəzarətində olan torpaqların geri qaytarılması üçün güc tətbiqini istisna etməyib.

ÇıxışYolu.Com xəbər verir ki, “Russia Today” telekanalına müsahibə verən Əsəd Suriya hökumətinin “Suriya demokratik qüvvələri” (SDQ) ilə danışıqlara hazır olduğunu bildirib.

Habelə onun sözlərinə görə, dialoq iflasa uğrasa Suriya əsas kökü YPQ/PKK yaraqlılarından ibarət SDQ-ə qarşı güc tətbiq edə bilər.

Əsəd bildirib ki, ABŞ başda olmaqla Qərb ölkələri bölgədə olan terrorçu qruplaşmalara dəstək göstərir. Suriya lideri ölkəsində müharibənin başa çatacağı dəqiq tarixi açıqlamasa da, sonun çox yaxın olduğunu bildirib.

.
www.ÇıxışYolu.Com