Əsəd ordusu qadın və uşaqları zorlamaqda ittiham olunur

Əsəd ordusu qadın və uşaqları zorlamaqda ittiham olunur

Baxış sayı: 4. 469 dəfə baxılıb.

Suriya ordusuna aid hərbçilər və hökumət yönümlü birləşmələrin üzvləri qadın, kişi və uşaqları  istismar edib və zorlayıb.

ÇıxışYolu.Com  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT müstəqil ekspertlərinin hesabatında deyilir.

29 səhifəlik hesabatda Suriyada 7 illik müharibə ərzində törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdən söz açılır.  Sənədin tərtib olunmasında zərərçəkənlər, qurbanların yaxınları, şahidlər, vəkillər və tibb işçilərdən götürülmüş 454 müsahibədən istifadə olunub.

Sənədə görə, suriyalı hərbçilər münaqişənin erkən mərhələlərində kənd və qəsəbələrdə aparılan axtarışlar və quru əməliyyatlar zamanı, həmçinin həbsxanalarda və nəzarət buraxılış məntəqələrində hər iki cinsdən olan dinc sakinləri zorlayıb.

Ən kiçik cinsi zorakılıq qurbanının doqquz yaşı olub.

Hələb, Dəra, Homs, Həma, o cümlədən Dəməşqin şəhərkənarında qeydə alınan zorlamalarda yüksək-çinli zabitlərin də iştirak etdiyi bildirilir.

www.ÇıxışYolu.Com