Əsəd rejiminin tabeliyindəki qüvvələrin mümkün ABŞ müdaxiləsi öncəsində ölkədəki hava limanları və hərbi bazaları boşaltdığı xəbər verilir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Evi məlumat yayıb.
Bu xəbər Donald Trampın “Hazır ol, Rusiya, raketlərimiz gəlir” bəyanatından sonra yayılıb.
“Associated Press” dünən Suriya ordusu və müttəfiqlərinin mümkün hücuma qarşı ölkə miqyasında hazırlıq gördüyünü xəbər vermişdi.