Suriya prezidenti Bəşər Əsəd Rusiyanın onun Ankara sammitində iştirak etməsi üçün göndərdiyi dəvəti qəbul etməyib.
ÇıxışYolu.Com “Əl-Əhbar” qəzetinə istinadən xəbər verir ki, söhbət bir müddət əvvəl Ankarada Rusiya,Türkiyə və İran liderləri arasında keçirilmiş zirvə toplantısından gedir.
Qəzetin məlumatına görə, Əsəd “müxtəlif səbəblərə” görə, toplantıda iştirak edə bilmədiyinə görə Kremldən üzr istəyib.
Türkiyədəki sammitə dəvətin, Ankara ilə Dəməşq arasındakı münasibətlərinin normallaşmasına vasitəçilik etmək məqsədi daşıdığı bildirilir.