Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
ÇıxışYolu.Com xəbər verir ki, Əsəd Suriya səmasında Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması nəticəsində insanların həlak olmasından kədərləndiyini bildirib.
Suriya prezidenti qeyd edib ki, bu hadisə İsrailin dikbaşlığının nəticəsidir. O ümidvar olduğunu bildirib ki, İl-20 təyyarəsinin vurulması Rusiya və Suriyanın terrorçuluğa qarşı birgə mübarizəsinə mane olmayacaq.
Qeyd edək ki, Putin Suriyada baş verən hadisədə İsraili günahlandırmışdı.