68211d34-c495-4f1d-9f77-0bdcb63cc7c8..jpg

Əsgər Ələkbərov: “Dünya Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır”

Baxış sayı: 1. 052 dəfə baxılıb.

Əsgər Ələkbərov: “Dünya Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır”

“Dünya Bankı Azərbaycanla 30 illik əməkdaşlıq müddəti ərzində 52 layihənin
maliyyələşdirilməsi üçün 4 milyard ABŞ dollarından çox zəmanətli kredit və
110-dan artıq texniki yardım və qrant layihələrinə təxminən 30 milyon ABŞ
dolları həcmində vəsait ayırıb”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov
“Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF): İcranın qiymətləndirilməsi
üzrə illik toplantı”da deyib.

Onun sözlərinə görə, Dünya Bankı həm də ölkədə aparılan yenidənqurma və bərpa
işlərində Azərbaycanın etibarlı tərəfdaşıdır.

“Avropa İttifaqı və Dünya Bankı Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq
təşkilatlar sırasındadır. Beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa İttifaqı
və Dünya Bankı ilə müxtəlif proqram və layihələr çərçivəsində əməkdaşlıq
iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Avropa İttifaqı ilə
əməkdaşlıq xarici siyasətimizdə mühüm istiqamətlərdən biridir. Ticarət
ikitərəfli əməkdaşlığımızın əsas sahələrindəndir. Azərbaycan da Avropa İttifaqı
üçün mühüm tərəfdaş və avropalı investorlar üçün cəlbedici yerlərdən biridir”,
– deyə Ə.Ələkbərov əlavə edib.

Qeyd edək ki, bu gün İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı və Dünya Bankı
hökumət, inkişaf təşkilatları, vətəndaş cəmiyyəti, elm müəssisələri və medianı
təmsil edən tərəfdaş və həmkarlarla birlikdə AZTAF-ın icrasını nəzərdən
keçirib. AZTAF Aİ-nın maliyyələşdirdiyi və Dünya Bankının icra etdiyi, ümumi
büdcəsi 5,25 milyon avro olan 3 illik proqramdır.

Source link