Əsgərlər arasında yarış keçirilir – FOTO

Əsgərlər arasında yarış keçirilir – FOTO

Baxış sayı: 1. 909 dəfə baxılıb.

Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.

Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsusi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcək.

Yarışların yekun nəticələrinə görə ən yaxşı HHM batareyası müəyyən ediləcək.

www.ÇıxışYolu.Com