77553808-280b-4b2e-ada3-20b238e0461a..jpg

Əsir hərbçimizin İrəvandan göndərdiyi məktub: “Anam, gözlə məni, gələcəyəm…” – FOTO

Baxış sayı: 674 dəfə baxılıb.

Əsir hərbçimizin İrəvandan göndərdiyi məktub: “Anam, gözlə məni, gələcəyəm…”
– FOTO

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun
məktubu ailəsinə çatdırılıb.

Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.

Onun sözlərinə görə, məktub Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK)
nümayəndələri tərəfindən təqdim olunub.

“Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm,
anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə”, – məktubda deyilir.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən
Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı
hərbçilərə ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı
verilib.

“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı
və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa
etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun
olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə
paylaşılır”, – BQXK-nın yaydığı məlumatda deyilir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla
sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən
Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil
oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan
tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi
açılıb.

Source link