Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

Baxış sayı: 2. 472 dəfə baxılıb.

Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

Tovuzun Cırdaxan kəndi ərazisində yerləşən Əsrik dərəsindəki istirahət mərkəzlərindən birində faciə baş verib.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, Əsrikdə istirahət edən Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Səbuhi Mübariz oğlu yüksək qayadan yıxılıb.

Əraziyə cəlb olunmuş FHN-nin xilasediciləri yaralını çıxarmağa müvəffəq olublar.

Zərərçəkmiş təcili olaraq xəstəxanaya aparılıb.

Bədəninin bir neçə yerində qırıqlar olan yaralıya ilkin tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.