133550ea-8d0f-4e73-8042-f6d6113ea3ef..jpg

Əvvəlcə üç maşını əzdi, sonra piyadanı vurdu

Baxış sayı: 2. 069 dəfə baxılıb.

Əvvəlcə üç maşını əzdi, sonra piyadanı vurdu

Astarada 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində
avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, Astara rayonunun Kijəbə qəsəbə sakini 24 yaşlı Vəfa
İbadova “Chevrolet Cruze” markalı avtomobillə Siyəkü kəndindən Pensər kəndi
istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək VAZ-2199 və iki ədəd
VAZ-2107 markalı maşına çırpılıb.

Bundan sonra həmin avtomobil yolun kənarı ilə gedən 53 yaşlı Şahağacı kənd
sakini Arifə Quliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Source link