“Instagram” hesabında özünü azərbaycanlı iş adamı deyə təqdim edən birindən bir gecə qarşılığında bir milyon dollarlıq əxlaqsız təklif alan türkiyəli aktrisa Özge Borak yenidən açıqlama verib.
ÇıxışYolu.Com xəbər verir ki, azərbaycanlıların sərt reaksiyası ilə qarşılaşan aktrisa bildirib ki, bu mesajı bütün azərbaycanlıların adına qeyd etmək böyük xətadır:
“Əziz, azərbaycanlılar. Sizdən o qədər mesajlar gəldi ki, izah etməyə ehtiyac duydum. Hadisənin sizinlə heç bir əlaqəsi yoxdur. Yazılanın düzgün olduğunu, kim olduğu, haralı olduğunu da bilmirəm. Yazılana inanmamışam da, gerçək olub-olmadığı da məni maraqlandırmır.
Ona görə də adını açıqlamadım. Etdiyi zarafat da olsa, qəbulolunmazdır. Belə bir hədsizliyi qəbul edə bilmərəm. Sırf “azəriyəm” dediyi üçün, bu mesajı bütün azərbaycanlıların adına çıxartmaq ən böyük xətadır”.