4c48bf61-c38f-48c9-9831-d6e9e55a52ff..jpg

Əziz Ələkbərli: “Xalqımızın dədə-baba yurduna qayıtması üçün ilk addımı atdıq”

Baxış sayı: 841 dəfə baxılıb.

Əziz Ələkbərli: “Xalqımızın dədə-baba yurduna qayıtması üçün ilk addımı atdıq”

“Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını artıq
təsdiqləyib. Bu konsepsiya üzərində 1 aya yaxın iş görülüb”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz
Ələkbərli mətbuata açıqlamasında deyib.

O, konsepsiyanın qəbul edilməsi münasibəti ilə hər kəsi təbrik edib:

“Xalqımızın dədə-baba yurduna qayıtması üçün ilk addımı atdıq. Son 200 il
ərzində torpaqlarımız ermənilər tərəfindən dağıntılara məruz qalıb. Qərbi
Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın soydaşımız
qovulub. Sonuncu deportasiya zamanı 200 məscid, 500-ə yaxın qəbiristanlıq
ermənilər tərəfindən dağıdılıb. Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimiz
həm beynəlxalq, həm də ölkədaxili hüquqa söykənir. Konsepsiya ilə bağlı
istənilən suallar barədə ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli

Source link