7aa5475e-1c70-4bda-b5e3-e2cb7bd4f4d4..jpg

10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

Baxış sayı: 665 dəfə baxılıb.

10-cu sinif şagirdi məktəbdə bıçaqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə N.Tusi adına Təbiət və Texniki
Təmayüllü məktəb liseyində qeydə alınıb.

Məktəbinin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud
nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, o, sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı
məktəbin həyətində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş
inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı
araşdırma aparıldığını deyib.

Source link