a4f36edf-d79b-460b-8f98-c06838b31a71..jpg

10 il əvvəl maşın vurdu, həm pensiyasından, həm də sağlamlığından oldu – VİDEO

Baxış sayı: 762 dəfə baxılıb.

10 il əvvəl maşın vurdu, həm pensiyasından, həm də sağlamlığından oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 il əvvəl iş zamanı başına hadisə gəldi, sağlamlığından oldu. Lakin
çalışdığı müəssisə illərdir bunun əksini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Nəcibə Nuhova Zaqatala rayonunda kommunal
müəssisələr kombinatında süpürgəçi kimi çalışıb.

2013-cü ilin sentyabrında iş başında olarkən onu avtomobil vurub. Elə
hadisələr də bundan sonra baş verib.

Zərərçəkənin sözlərinə görə, qəzadan sonra səhhətində ciddi problemlər
yaranıb. Amma pensiyası kəsildiyinə və maddi durumunun yaxşı olmamasına görə,
sağlamlığının qayğısına qala bilmir.

N.Nuhova bildirib ki, qəzadan sonra iş qabiliyyətini itirib. Pensiya almaq
üçün isə hadisənin iş zamanı baş verdiyi ilə bağlı ona çalışdığı müəssisədən
lazımi sənəd illərdir ki, verilmir. Bununla bağlı hara müraciət etsə də,
sualları cavabsız qalıb.

Məsələ ilə bağlı Zaqatala rayon kommunal müəssisələri kombinatından bildirilib
ki, sözügedən şəxs 10 il əvvəl müəssisədə işləyib və təqaüdə çıxıb və lazım
olan hər bir sənəd şəxsə təqdim olunub. Hazırda müəssisədə həmin şəxsə aid heç
bir sənəd mövcud deyil.

Sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə göndərilib. O ki qaldı,
Nəcibə xanımın iş başında xəsarət almasına, müəssisə bu məsələni qəbul etmir.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, daxil olmuş məlumat
əsasında bədbəxt hadisənin istehsalatla bağlılığı araşdırılmalıdır.

Ətraflı süjetdə:


Source link