6c800319-6f1d-4035-93e4-390e1147493b..jpg

10 ildən çoxdur unudulan mədəniyyət ocağının aqibəti necə olacaq? – AÇIQLAMA + FOTO

Baxış sayı: 895 dəfə baxılıb.

10 ildən çoxdur unudulan mədəniyyət ocağının aqibəti necə olacaq? – AÇIQLAMA +
FOTO

Ötən əsrin 90-cı illərində “Qarabağ” adı verilən kinoteatr binası acınacaqlı
vəziyyətdədir.

Cixisyolu.com xəbər verir ki, paytaxtın “20 Yanvar” küçəsində yerləşən “Qarabağ”
kinoteatrının binası 10 ildən çoxdur baxımsız vəziyyətdədir. Hətta binada
toyuq-cücə saxlandığı iddia edilir.

Sözügedən kinoteatr 70-ci illərdə “Pioner” adı ilə fəaliyyətə başlayıb, daha
sonra “Qarabağ” adlandırılıb. Binanın ətrafı hasarlanıb. İçərisində isə
soyuqdan qorunmaq üçün bir qadının özünə sığınacaq qurduğu iddia edilir.

Mədəniyyət ocağının nə üçün bu vəziyyətdə olması, binada yenidən təmir-bərpa
işlərinin aparılıb-aparılmayacağını öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu
ünvanladıq.

Nazirlikdən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan
kinoteatr Mədəniyyət Nazirliyinin balansında deyil.

Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, nə sorğumuza, nə də
saytlarında qoyulan telefon nömrələrinə cavab verildi.

Daha çox foto burada: PhotoStock.az

Source link