100 milyon sosial şəbəkə istifadəçisinin məlumatları oğurlandı

100 milyon sosial şəbəkə istifadəçisinin məlumatları oğurlandı

Baxış sayı: 2. 736 dəfə baxılıb.

Hakerlər  “MyHeritage” sosial şəbəkəsinin 92 milyona yaxın istifadəçisinin məlumatlarını oğurlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, oğurlanan məlumatlar şirkətin serverində saxlanılıb.

Oğurlanan məlumatların elektron ünvanlardan və onların keşlənmiş şifrələrindən ibarət olduğu bildirilir.

Hadisədən xəbər tutan “MyHeritage”in informasiya təhlükəsizliyi qrupu serverdə aşkarlanan hakerlərə aid faylı təhlil etməyə və kiberhücumu araşdırmağa başlayıb.

Qeyd edək ki, “MyHeritage” 2003-cü ildə yaradılmış ailəvi sosial şəbəkə və genealoji saytdır.

Sayt istifadəçiləri sistemdə  onlayn şəkildə öz nəsil şəcərəsini (ailə ağacını) hazırlayır.

Şəbəkənin alqoritmi DNT testinin köməkliyi ilə istifadəçinin əcdadlarının hansı coğrafi regionda məskunlaşdığını və hansı etnik qrupa aid olduğunu öyrənməyə imkan verir.

.
www.ÇıxışYolu.Com