100 min manat rüşvət alan Lənkəranın sabiq baş memarının məhkəməsi yenidən
başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şirvan Apellyasiya Məhkəməsində Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı
Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün
Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə
iclası başlayıb.
Pravda.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il müddətinə azadlıqdan
məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq
və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayev ötən ilin oktyabr
ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən
həbs edilib. Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə
işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş
fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin
aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə
təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif
məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, o, 93 350 manat rüşvət alıb. Elgün Abdullayev Cinayət
Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma)
maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə təqsirli bilmir.