Məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.
Xezerxeber.az xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu,
Zabrat qəsəbəsində baş verib. 16 yaşlı Həsən Quliyevin aldığı xəsarətdən
müalicə olunduğu xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat
daxil olub.
Prokurorluqdan verilən məlumata görə, bu cinayətdə şübhəli kimi məktəblinin
həmyaşıdı saxlanıb. Araşdırmalarla müəyyən edilib ki, qəsəbə ərazisində
aralarında yaranmış mübahisə zamanı o, bıçaqla Həsən Quliyevin bud nahiyəsinə
xəsarət yetirib.
16 yaşlı yeniyetmənin qohumları deyirlər ki, Həsən Quliyev sakit uşaq olub. O,
71 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurmuş. Hadisəni törədən şəxs isə
məktəbli deyil, ötən il 9-cu sinifdən sonra təhsilini davam etdirməyib.
Faktla bağlı saxlanan yeniyetmə barəsində “qəsdən sağlamlığa ağır zərərvurma –
ölümlə nəticələndikdə” maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
11-ci sinif şagirdini məktəbdən çıxarkən qətlə yetirdilər
10:42
Ötən gün paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə Həsən Quliyev
öz həmyaşıdı Yasin Mirzəyev tərəfindən kəsici alətləqətlə yetirilib
.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün 15:30-da dərsdənkənar vaxtda
qeydə alınıb. Qətlə yetirilən şəxs 71 nömrəli məktəbin XI sinif şagirdidir.
Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini
davam etdirməyib.
İlkin araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə
mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər. Bu zaman
Y. Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül
olmasa da, bıçaq zərbəsi digərinin vena damarını kəsib və o, çoxlu qan itirib.
16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.
Sabunçu Rayon Prokurorluğundan Cixisyolu.com-a bildirilib ki, oktyabrın 2-də
yetkinlik yaşına çatmayan H.Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı
xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.Mirzəyevin Zabrat qəsəbəsi
ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət
yetirməsi nəticəsində onun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət
işi başlanıb, Y.Mirzəyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
11-ci sinif şagirdini məktəbdən çıxarkən qətlə yetirdilər