db7e1545-9532-4d95-9374-ea37c447d896..jpg

12 yaşlı oğlunu itirən Afaq Gəncəli: “Övladlığa uşaq götürmərəm” – VİDEO

Baxış sayı: 659 dəfə baxılıb.

12 yaşlı oğlunu itirən Afaq Gəncəli: “Övladlığa uşaq götürmərəm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşaq evindən heç vaxt uşaq götürmərəm. Bundan sonra ancaq dünyaya gətirəcəyim
uşağa ana olaram”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində teleaparıcı Afaq Gəncəli
deyib.

O qeyd edib ki, 12 yaşlı oğlu – Qədirxanı itirəndən sonra övladlığa uşaq
götürməklə bağlı tərəddüdü var:

“Allahın mənə əmanət etdiyi uşağa yiyə dura bilmədim. Kiminsə övladını
götürürsən ki, xoş gün görsün. Həyatdır, bilmək olmaz, nə baş verəcək. Övladıma
görə özümə qəsd etmədim, amma övladlığa götürdüyüm uşağa görə bunu edərəm”.

A.Gəncəli özünün “ani bir ehtirasa görə də xəyanət edənlər var və bunu
bağışlamaq olar” fikrinə də münasibət bildirib:

“Mən bağışlayan insanam. Amma onun da çərçivəsi var. Niyə olduğunu bilməliyəm
ki, bağışlaya bilim. Elə şeylər var ki, ona bir gözümü yumuram. Özümü düşünərək
bağışlayıram”.

Ətraflı Baku TV-nin süjetində:


Source link