Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, H.Osmanovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.
Qeyd edək ki, Xaçmaz sakini Osmanov Hüseyn Elnur oğlu sentyabrın 19-da süni göldə batıb.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com