Samuxda boğazına kəndir dolanan yeniyetmə boğularaq ölüb.
ÇıxışYolu.Com-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Nazir Quliyev