Sabunçu rayon Məhkəməsində zorlama və seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Vasif Əliyev barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
ÇıxışYolu.Com xəbər verir ki, məhkəmə verilən təqdimatı təmin etməyib və V.Əliyev məhkəmə zalından azadlığa buraxılıb.
Lakin prokurorluq tərəfindən qərardan apellyasiya protesti verilib. Bakı Apellyasiya Məhkəməsi verilən şikayəti təmin edib və V. Əliyev barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçib.
İttihama görə, V.Əliyev qeyri-rəsmi nikahda yaşadığı 16 yaşlı qadına qarşı seksual xarakterli hərəkətlər edib. O, eyni zamanda, qonşuluqda yaşayan 13 yaşlı qızı zorlamaqda ittiham edilir.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com