13 yaşlı yeniyetmə anasına mesaj yazan şəxsə 7 bıçaq zərbəsi vurdu

13 yaşlı yeniyetmə anasına mesaj yazan şəxsə 7 bıçaq zərbəsi vurdu

Baxış sayı: 2. 214 dəfə baxılıb.

13 yaşlı yeniyetmə anasına mesaj yazan şəxsə 7 bıçaq zərbəsi vurdu

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, Azadlıq prospektində 13 yaşlı Murad adlı şəxs 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğluna bıçaqla xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, R.Məmmədova 7 bıçaq zərbəsi vurulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən yeniyetməni saxlayıb.

O, ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu