e72a0b5e-d1ed-4321-97b5-1018100986ff..jpg

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi keçirilib – FOTO

Baxış sayı: 545 dəfə baxılıb.

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi keçirilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi keçirilib.

“Report” xəbər verir ki, bağlanış mərasimində Mədəniyyət Nazirliyinin
rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin
mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino
Agentliyidir.

Qeyd edək ki, festivala 78 ölkədən 704 film göndərilmişdi.

Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından
Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini
müəyyənləşdiriblər.

Belə ki, beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya
istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı
olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulmuşdu.

Source link