4026a83a-29a0-4108-b857-48a8e7396b99..jpg

14 yaşında evləndi, boşanmaq istədiyinə görə bıçaqlandı – Dəhşətli cinayətin TƏFƏRRÜATI + VİDEO

Baxış sayı: 677 dəfə baxılıb.

14 yaşında evləndi, boşanmaq istədiyinə görə bıçaqlandı – Dəhşətli cinayətin
TƏFƏRRÜATI + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kişi həyat yoldaşını və qayınatasını öldürməyə cəhd edib. Hadisə
2022-ci ilin iyununda Maştağa qəsəbəsi, Axund Mirzə Əbdülkərim küçəsi, döngə 6,
ev 2 ünvanında baş verib.

Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanan ilkin materiallar
Rayon Prokurorluğuna göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusi
amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilən 46 yaşlı Abbas Mirzəyev bildirib ki, 2003-cü ilin fevral
ayında bibisi qızı Nigar Mirzəyeva ilə evlənib. Aralarında ailə-məişət
zəminində mübahisələr düşdüyündən həyat yoldaşı tez-tez valideynlərinin evinə
gedərək aylarla orada qalıb. O da hər dəfə hər şeyin qaydasına düşəcəyini söz
verərək ondan evə qayıtmasını xahiş edib. 2022-ci il iyunun 23-də növbəti
mübahisə zamanı Nigar boşanmaq istədiyini bildirərək yenidən valideynlərinin
evinə gedib.

Abbas Mirzəyev iyunun 29-u saat 15 radələrində yaşadığı Yasamal rayonu,
Nərimanov küçəsi, ev 13-dən mətbəx bıçağını götürərək arvadını evə qaytarmaq
üçün Maştağaya yollanıb. Amma arvadı artıq onunla yaşamaq istəmədiyini,
boşanmaq istədiyini deyib. Abbas Mirzəyev eşitdiklərindən qəzəblənərək
üzərindəki mətbəx bıçağı ilə arvadının boğazına və bədənin müxtəlif
nahiyələrinə 8 bıçaq zərbəsi endirib. Qadının qışqırıq səsinə gələn anası Sevda
Seyidova, atalığı Vaqif Seyidov və qardaşı Orxan Məmmədov ona mane olmağa
çalışıblar. Qarşıdurma zamanı Vaqif Seyidov boyun, sol və sağ əllərindən bıçaq
xəsarətləri alıb. Müdaxilə nəticəsində Orxan Məmmədov Abbas Mirzəyevin əlindən
bıçağı alıb.

Yaranmış səs-küydən və polis əməkdaşlarının gəlməsindən qorxaraq o, hadisə
yerindən qaçıb. Zərərçəkmişlərə ixtisaslı tibbi yardım göstərilərək həyatları
xilas edilib. Həyat yoldaşına və qayınatasına bıçaqla xəsarətlər yetirən Abbas
Mirzəyev 26-cı Polis Bölməsinə gedərək könüllü təslim olub.

Zərərçəkmiş Nigar Mirzəyeva ifadəsində göstərib ki, ailələrinin razılığı ilə
ailə həyatı quranda 14 yaşı tamam olmayıbmış. Abbas Mirzəyevin həyat yoldaşı
ilə münasibəti həmişə pis olub. Əri narkotik vasitə istifadə edib, evdə
mütəmadi olaraq mübahisə yaradıb, onu döyüb. 2020-ci ilin fevralında onu
döyərək ölümcül hala saldığı üçün Nigar polisə müraciət edib, lakin sonra
ailəsinin dağılmaması üçün ərizəsini geri götürüb.

Nigar Mirzəyeva hesab edir ki, hadisə baş verən gün ərinin məqsədi onu
öldürmək olub. Əgər niyyəti qorxutmaq olsaydı, ilk zərbədən sonra hadisə
yerindən uzaqlaşardı.

Məhkəmə iclasında Abbas Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmişlər təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə Abbas Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin süjetində:


Source link