c3a05219-3465-4636-8099-39812ca02631..jpg

14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu – VİDEO

Baxış sayı: 941 dəfə baxılıb.

14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu – VİDEO

Ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi
zorakılıq etmiş şəxslərin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, yetkinlik yaşına çatmayan qızı hədələyərək və
görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm
oxunub.

Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər
oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə
olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs
cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, kənddə babası ilə birgə yaşayan 14 yaşlı
qız hazırlığa gedərkən oğlanların hədəsi ilə üzləşib. Onlar yeniyetmə qızı
qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur ediblər.

Xatırladaq ki, həmin vaxt bu hadisə ilə bağlı kənddə qarşıdurma baş vermişdi.
Sakinlər və qızın qohumları oğlanların ailələrinin Kətəlparaqdan çıxıb
getməsini tələb edirdilər. Baş vermiş insident Bərdə Rayon Polis Şöbəsinin
müdaxiləsindən sonra aradan qaldırılmışdı.


Source link