14 yaşlı Əliəsgərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası İradə Əsədova məlumat verib.
O bildirib ki, övladı fevral ayında ocağın içinə yıxılaraq bədən xəsarətləri
alıb:
“Əliəsgərin anadangəlmə qıcolması var. Bu ilin fevral ayında tonqal
qaladığımız zaman qıcolması tutub, özünü saxlaya bilməyərək tonqalın içinə
yıxılıb. Həmin gün onu xəstəxanaya apardıq və bizi Bakıda yerləşən
xəstəxanalardan birinə göndərdilər. Orada üç ay müalicə aldı və iki dəfə
əməliyyat keçirdi”.
İradə Əsədova hazırda övladının müalicəsini qarşılaya bilmədiklərini deyib:
“Fevraldan bəri əlimizdən gələn hər şeyi etmişik. Əlimizdə nə vardı, satmışıq,
borc almışıq. Hazırda demək olar ki, tükənmişik. Əliəsgərin dərmanlarını və
mazlarını almağa imkanımız çatmır. Yaraları suluq edir, uşaq dayanmadan
ağlayır. Müalicələrini davam etdirmək üçün 800 manata ehtiyacımız var.
Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 549-79-53.
Unibank: 5243 7544 4126 9881.