15 yaşlı gəncin dəstəyə ehtiyacı var: Müalicəsi üçün 200 manat lazımdır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
15 yaşlı Davidin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun atası Şahid Əliyev məlumat verib.
O bildirib ki, övladı erkən beyincik ataksiyası xəstəliyindən əziyyət çəkir.
“Davidin 15 yaşı var. Anadangəlmə erkən beyincik ataksiyası xəstəliyindən
əziyyət çəkir. Nə yeriyə, nə də danışa bilir. Tez-tez epilepsiyası tutur. Anası
və mənim köməyim olmadan heç ilkin ehtiyaclarını qarşılaya bilmir. Əvvəllər gün
ərzində 3-4 dəfə epilepsiyası tuturdusa, indi gün ərzində 5-6 dəfə olur.
Davidin aylıq müalicəsi üçün 150-200 manata ehtiyacımız var. Yardımsevər
şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 795-54-99
Kart nömrəsi: 5239 1517 1208 4329