Azərbaycanda böyük əfv sərəncamı gözlənilir

Azərbaycanda böyük əfv sərəncamı gözlənilir

Baxış sayı: 3. 644 dəfə baxılıb.

Bu yaxınlarda böyük bir əfv fərmanının verilməsi gözlənilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə  Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə deyib.

O qeyd edib ki, Əfv Məsələləri Komissiyasi öz işini davam etdirir:

“Əfv sərəncamı imzalamaq cənab prezidentin səlahiyyətindədir, amma yaxın zamanlarda böyük əfv olması gözlənilir”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, prezidentin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 479 məhkum həbsdən azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 məhkum isə digər cəzalardan azad edilib.

O xatırladıb ki, həmin sərəncamın davamı olaraq ötən ilin oktyabrında Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib: 

“Bu dəyişikliklərdən  bu günə qədər keçən zaman ərzində həmin məcəllələrin icrası ilə bağlı vəziyyəti araşdırdıq.

Bildiyiniz kimi, məcəllələrə dəyişikliklər dekabrın 1-də qüvvəyə minib. İndiyədək məhkəmələrə 4000-ə yaxın təqdimat göndərilib. Hazırda məhkəmələrdə 1700-ə yaxın təqdimata baxılır. Həmçinin daha 5000 təqdimatın məhkəmələrə göndərilməsi nəzərdə tutulur.

Bütövlükdə bununla bağlı 1500-ə yaxın məhkumun tam azadlığa buraxılması, minlərlə məbusun isə cəzalarının azaldılması, rejimlərinin dəyişdirilməsi gözlənilir. 

Belə ki, artıq 479 məhkum həbsdən azad edilib. 585 məhkumun cəzası azaldılıb, 465 məhkum isə digər cəzalardan azad edilib. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib”.

Kamil Həmzəoğlu
www.ÇıxışYolu.Com