Şüvəlan sakini 1500-dən çox pivə bakalı oğurlayıb.
Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törədən şəxs saxlanılıb.
Saxalnılan şəxsin Şüvəlan qəsəbə sakini Atif Məmmədov olduğu bildirilir. O, mayın 15-dən iyunun 15-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 1512 ədəd pivə bakalı oğurlamaqda şübhəli bilinir.