Dəməşqin şəhərkənarında humanitar fasilənin elan olunmasından bəri 150 mindən çox insan Şərqi Quta rayonunu tərk edib.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Suriyada düşmən tərəflərin barışığı mərkəzinin rusiyalı rəhbəri Yuriy Yevtuşenko bildirib.
“Fevralın 28-də Duma yaşayış məntəqəsini 30,376 nəfər tərk edib. Şərqi Qutada isə bütün humanitar fasilə ərzində düşmən tərəflərin barışığı mərkəzinin vasitəçiliyi ilə 154,286 nəfərin döyüş zonasından təxliyyəsi təşkil olunub” deyə Yevtuşenko qeyd edib.