16 il axtarışda olan şəxs Gəncədə ələ keçdi

16 il axtarışda olan şəxs Gəncədə ələ keçdi

Baxış sayı: 2. 341 dəfə baxılıb.

16 il axtarışda olan şəxs Gəncədə ələ keçdi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 il axtarışda olan şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

Qeyd edək ki, H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.