Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət
məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, Nərimankənd sakini olan 2004-cü il təvəllüdlü
Samir Şahbazova (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına
çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Bildirilib ki, bu ilin mayında Samir yetkinlik yaşına çatmayan Fərəhi Xırdalan
şəhərindən evlənmək məqsədilə qaçıraraq yaşadığı kəndə gətirib. Hazırda onlar
ər-arvad kimi birgə yaşayırlar və qız hamilədir.
S.Şahbazov Fərəhin 18 yaşı tamam olanda onunla rəsmi nikah bağlayacağını
bildirib. Zərərçəkmiş qız da S.Şahbazovdan şikayətçi olmayıb.
Saatlı Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə Samirə bir il həbs cəzası
verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.