1d6acaa4-af4c-42dd-b930-af38fde17af1..jpg

16 yaşlı Türkanənin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur – FOTO

Baxış sayı: 726 dəfə baxılıb.

16 yaşlı Türkanənin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 yaşlı Türkanənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Dinar Allahverdiyeva məlumat verib.

O bildirib ki, övladı soltərəfli orta qulaq xolesteatoması xəstəliyindən
əziyyət çəkir.

“Türkanənin eşitməsində anadangəlmə zəiflik olub. Beş il bundan öncə kəskin
baş, qulaq ağrıları və qulaqda axıntılara görə həkimə müraciət etdik. Həkim
onun qulağında maye toplandığını bildirdi və iki dəfə əməliyyat edildi. Hazırda
yenidən eyni ağrılardan şikayət edir. Həkimə aparmışıq, həkim digər qulağında
çürümə getdiyini bildirib. Hazırda müalicə üçün 3 000 manata ehtiyacımız var.
Türkanənin atası 8 il öncə vəfat edib, ona tək özüm baxmışam. Bu müalicəni
qarşılamağa, inanın, mənim gücüm yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək
olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 657-16-39

Source link