e97d7e9e-b635-498c-9020-7f17d00148e6..jpg

17 gündür azərbaycanlı fəalları görməzdən gələn Volkov Vardanyanın “hüzur”una çıxdı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 032 dəfə baxılıb.

17 gündür azərbaycanlı fəalları görməzdən gələn Volkov Vardanyanın “hüzur”una
çıxdı – YENİLƏNİB + VİDEO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı
kontingentinin komandanı general Andrey Volkov Xankəndidə separatçıların
rəhbəri Arayik Arutyunyanla deyil, Rusiya vətəndaşlığından imtina edərək
bölgəyə gələn oliqarx Ruben Vardanyanla “danışıqlar” aparıb.

Bu barədə “Telegram”ın Ermənistan seqmentində məlumat yayılıb.

16:12

Azərbaycan Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı
kontingentinin komandanı general Andrey Volkov artıq 17 gündür ki, azərbaycanlı
ekofəalların tələblərinə baxmayaraq onların qarşısına çıxmır.

Cixisyolu.com xəbər verir ki, məsələ erməni separatçılarına gələndə isə general
xüsusi “həssaslıq” nümayiş etdirib. Erməni separatçıların iki-üç gün ərzində
Xankəndidə saldığı hay-küyə laqeyd qala bilməyən Andrey Volkov bu dəqiqələrdə
onların “hüzur”una gedərək danışıqlara başlayıb.

Belə olan halda isə haqlı olaraq sual yaranır ki, necə ola bilər, Volkov
azərbaycanlı fəalların qarşısına çıxmaq istəmir, ancaq dərhal erməni
separatçılarla eyni masa arxasında əyləşməyə can atır? Bu suallara cavab
tapılmadıqda isə məntiqi nəticə kimi qarşımıza bu fikir çıxır: rusiyalı general
bu addımı ilə növbəti dəfə öz fəaliyyətinə kölgə salıb, sülhməramlıların
komandanı kimi öz missiyasının tərəfsizliyini şübhə altında qoyub.

Source link