83900fb0-8edf-4142-8794-7882ebd704d1..jpg

17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir – XÜSUSİ HESABAT + FOTO

Baxış sayı: 733 dəfə baxılıb.

17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir –
XÜSUSİ HESABAT + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SEPAH-ın 17 ildir itkin sayılan general-mayoru Əli Reza Əsgərinin ABŞ-də başqa
adla yaşadığı məlum olub.

Cixisyolu.com bildirir ki, “İran International”ın xüsusi hesabatında belə iddia irəli
sürülüb.

Xüsusi hesabat ABŞ-nin üç kəşfiyyat mənbəsi, yüksəksəviyyəli Avropa diplomatik
mənbələri ilə müsahibələrə əsaslanır.

Bildirilir ki, eksklüziv tapıntılara əsasən, İran rejiminin güclü
hərbiləşdirilmiş qüvvəsində (SEPAH) xidmət etmiş Əli Reza Əsgəri ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin (CIA – MKİ) himayəsi altında yaşayır.

Məlumatlara əsasən, Əsgəri hələ 2005-ci ildə Tailandda ABŞ kəşfiyyatı
tərəfindən fəaliyyətə cəlb edilib.

Əsgəri 2006-cı ilin sonlarında Türkiyəyə gedib və 2007-ci ilin əvvəlində həmin
ölkədə yoxa çıxıb.

O vaxtdan bəri mediada Əsgərinin taleyi ilə bağlı müxtəlif xəbərlər, o
cümlədən onun Qərb casus agentlikləri tərəfindən qaçırıldığı barədə məlumatlar
yayılmışdı.

İndi məlum olur ki, keçmiş SEPAH generalı Türkiyəyə gəldikdən sonra öz
razılığı ilə amerikalı əməliyyatçılar tərəfindən Almaniyadakı ABŞ hərbi
bazasına aparılıb.

Təxminən iki ay sonra o, ABŞ-yə köçürülüb. Hazırda Əsgərinin MKİ-nin şahidləri
müdafiə proqramı protokolları çərçivəsində fərqli ad altında həyatını davam
etdirdiyi bildirilir.

Məlumat üçün deyək ki, Əsgərinin yoxa çıxmasından bir ay sonra Tehran bu
barədə İnterpola xəbər verib.

İran rejimi onun yoxa çıxmasına görə qisasla və amerikalıları və israilliləri
Avropa torpaqlarında qaçırmaqla hədələmişdi.

Əsgərinin 2007-ci ildə ABŞ-nin İrana hücum planlarından uzaqlaşdırılmasında
mərkəzi rol oynadığı da qeyd olunur.

Lakin o, iranlı nüvə alimi Möhsün Fəxrizadəni molla rejiminin hərbi və nüvə
silahlarına rəhbərlik edən əsas fiqur kimi göstərib.

Xatırladaq ki, Fəxrizadə 2020-ci ilin noyabrında qətlə yetirilib.

Aqil Vəlili

Source link