Bu gün Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər
il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Cixisyolu.com xatırladır ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il
avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğala məruz
qaldığı 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin 21-ci günündə
Füzuli şəhəri və rayonun ətraf kəndləri erməni işğalından azad edilib.
17 Oktyabr – Füzuli Şəhəri Günüdür
Bundan bir ay sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev
tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağıqaldırılıb
Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin
cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri olub. Uğurlu Füzuli
əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış
məntəqələri Ordumuz tərəfindən azad edilib.