17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi qrup sonuncusu oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa
çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Cixisyolu.com xəbər verir ki, Füzuli Məmmədovun komandası Lüksemburqu qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Millinin qolunu 51-ci dəqiqədə Tuncay Əhmədov
vurub.
İlk matçda Serbiyaya 1:5, 2-ci oyunda Sloveniyay 0:3 hesabı ilə uduzan
Azərbaycan yığması 1 xalla qrup sonuncusu olub. 1-ci yeri Serbiya (7 xal), 2-ci
yeri Sloveniya (5 xal), 3-cü yeri isə Lüksemburq (2 xal) tutub.