1c449b69-5c36-42f3-a07e-d189de46bb98..jpg

18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF – FOTO/VİDEO

Baxış sayı: 843 dəfə baxılıb.

18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Şeron Stoun təxminən 18 il əvvəl “Kurtlar Vadisi” serialında
rol alıb.

Serialda həmkarı Endi Qarsiya ilə qonaq aktyor qismində iştirak edən 66 yaşlı
aktrisa “TRT World”də Şotlandiyanın keçmiş baş naziri Aleksandr Salmondun
aparıcısı olduğu “Turkish Tea Talk” proqramında serialla bağlı maraqlı
açıqlamalar verib.

Ulduz filmdə çəkildiyi üçün yaxşı qonorar aldığını, amma bir sıra çətinliklər
yaşadığını bildirib.

“Çəkiliş meydançasına getdik. Bizdən başqa heç kim ingiliscə danışmırdı.
Dolayısı ilə onlar türk dilində danışır, bizsə ingilis dilində cavab verirdik.
Səhnələrdə də eyni hal yaşanırdı. Beləliklə, nə Endinin, nə də mənim nə
oynadığımız barədə xəbərimiz yox idi, tamam itmişdik. İndiyə qədər gördüyüm ən
lüks çəkiliş meydançası, möhtəşəm villa, gözəl geyimlər, amma heç kim ingiliscə
danışmır… Biz sadəcə nə dediyimizi bilirdik”, – deyə ulduz etiraf edib.

Aparıcı bunun əksinə daha yaxşı olduğunu və Ş.Stounun bu vəziyyətinin oynadığı
obraza görünməsi lazım olan əsrarəngliyi verdiyini bildirib.

Qeyd edək ki, filmdə baş qəhrəman Polad Alemdarı canlandıran Necati Şaşmaz
Şeron Stoun ilə oynadığı zaman təcrübəsizliyindən danışıb.

“Çox təcrübəsiz bir iş görmüşəm. Öpüşmə səhnəsini 24 dəfə təkrarladıq”, – deyə
o qeyd edib.


Source link