87fa6606-5184-4f05-8a63-d344870a0b28..jpg

18 mindən çox iştirakçının yarışdığı “Bakı marafonu 2024” start götürüb – FOTO/VİDEO

Baxış sayı: 607 dəfə baxılıb.

18 mindən çox iştirakçının yarışdığı “Bakı marafonu 2024” start götürüb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024”ə start
verilib.

Cixisyolu.com xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox
iştirakçı yarışır.

Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin
digər ölkələrdən də qoşulanlar var.

“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri
Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar zonasından
keçməklə şəhərin mərkəzi küçə və prospektlərini (Neftçilər prospekti – Bakı Ağ
Şəhər bulvarı – Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr
prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi – Afiyəddin Cəlilov və Üzeyir
Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir
Hacıbəyli küçəsi – Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su
İdmanı Sarayı) əhatə edir.

Source link