Yeni Moskvada yol-nəqliyyat hadisəsi törədərək, 18 nəfərin ölümünə səbəb olan Qraşya Arutyunyan amnistiya ilə azadlığa buraxılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Ermənistan KİV məlumat yayıb.
2014-cü ildə Moskvada ona 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verilib, 2017-ci ildə isə Avropa konvensiyasına uyğun olaraq Arutyunyan Ermənistana ekstradisiya edilib.
Dəhşətli qəza 2013-cü ilin iyulunda Podolsk yaxınlığında baş verib. Arutyunyan idarə etdiyi yük maşını ilə sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı 18 nəfər ölüb, 60-dan çox insan yaralanıb.