18 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyunda məğlub olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal
Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.
“Report”un məlumatına görə, Latviyanın Dauqavpils şəhərində təşkil olunan
yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olublar.
Qarşılaşma meydan sahiblərinin 3:0 (25:14, 25:6, 25:9) hesablı qələbəsi ilə
yekunlaşıb.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-dək davam edəcək
çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə
aparacaq.
AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq
komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.