Siyəzən rayon Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərov Samur-Abşeron kanalında batıb.
ÇıxışYolu.Com -ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə kanalın Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.
19 yaşlı gəncin batdığı barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.