84dede3f-b910-4c7a-a50b-08683cd9c400..jpg

1977-ci ildə vəfat edən dünyaca məşhur müğənni İngiltərədə “canlı” konsert verəcək – FOTO

Baxış sayı: 537 dəfə baxılıb.

1977-ci ildə vəfat edən dünyaca məşhur müğənni İngiltərədə “canlı” konsert
verəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1977-ci ildə vəfat edən dünyaca məşhur müğənni Elvis Presli 2024-cü ilin
noyabr ayında Londonda holoqram (rəqəmsal versiya) konserti ilə
pərəstişkarlarının görüşünə gələcək.

Bu barədə İngiltərədə fəaliyyət göstərən “Layered Reality” əyləncə şirkəti
məlumat verib.

Məlumata görə, Elvis Preslinin “Elvis Evolution” adlı holoqram konserti ilk
dəfə Londonda səhnəyə qoyulacaq. Konsert üçün açılan internet saytında
qeydiyyatdan keçərək bileti rezervasiya etmək mümkün olacaq.

“Şou sayəsində yeni nəsil pərəstişkarlar üçün Elvisi canlı izləmək imkanı
yaradılacaq, bu, reallıq və fantaziya arasındakı sərhədlərin azalacağı bir
konsert təcrübəsi olacaq. Canlı ölçülərdə olan rəqəmsal Elvis ilk dəfə
İngiltərə səhnəsində ən məşhur mahnılarını və hərəkətlərini canlandıracaq.
Bütün bunlar “Layered Reality”nin texnologiya, teatr, proyeksiya və multisensor
effektlərdən ibarət bənzərsiz qarışımı sayəsində baş verəcək”, – deyə şirkətin
bununla bağlı açıqlamasında bildirilib.

Qeyd edək ki, daha əvvəl İsveçin ABBA musiqi qrupu da 2022-ci ildə İngiltərədə
onlar üçün xüsusi olaraq yaradılmış arenada gənclik görüntülərini ehtiva edən
holoqramları ilə konsert verib. Hazırda da “ABBA Arena” adlanan səhnədə
həftənin müəyyən günləri qrupun “ABBA Voyage” konsertləri keçirilir.

Mənbə: Haber Global

Source link